“Belə vəziyyətdə Prezidentin zirvə toplantısına qatılması ehtimalı az idi”
“Rusiya Prezidenti Vladimir Putin oktyabrın 9-da Düşənbədə Azərbaycan Prezideni İlham Əliyevlə görüşdə ötən ilin dekabr ayında təyyarə qəzasında ölənlərin ailələrinə və yaralananlara kompensasiya ödəniləcəyini vəd etmişdi. Kreml sahibinin həmin görüşdəki cümləsi beləydi: “Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Putin söylədiklərinin heç birini yerinə yetirmədi, nə kompensasiya ödənildi, nə də vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət verildi. Bundan başqa Qazaxstan təyyarə qəzasıyla bağlı yaratdığı komissiyanın yekun hesabatını da açıqlamayıb. Halbuki, bütün faktlar ilk gündən bəlliydi. Bunlar varkən, Kreml Rusiyada azərbaycanlıların formalaşdırdıqları diaspora təşkilatlarını nəzarətə götürməyə və özünə loyal şəxsləri diaspora rəhbərliyinə təyin etməyə başladı. Belə vəziyyətdə Azərbaycan Prezidenti İlham Əliyevin Sankt-Peterburqda işinə başlayan MDB dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısına qatılması ehtimalı az idi”, - deyə o, bildirib.
Vasif
Digər Xəbərlər
23 Oktyabr 2026 20:11
Dövlət Bağçalı Azərbaycan səfirini qəbul edib
23 Oktyabr 2026 18:59
Ayxan Hacızadə: Qara dənizdə vurulan gəmidəki azərbaycanlıların hamısı xilas edilib
23 Oktyabr 2026 17:58
Parlamentin növbəti iclasında nələr müzakirə olunacaq? - YENİLƏNİB
23 Oktyabr 2026 17:01
“Hindistan Azərbaycanla ticarət əlaqələrini genişləndirmək istəyir”
23 Oktyabr 2026 16:27
Azərbaycanla Qırğızıstan arasında saziş təsdiqləndi
23 Oktyabr 2026 16:03
Azərbaycan və Türkiyə nazirləri Xankəndidə görüşdü
23 Oktyabr 2026 15:59
Xankəndidə Azərbaycan-BMT yüksək səviyyəli dialoqu keçirilib
23 Oktyabr 2026 14:40


Bakı -°C

