Sürücülər diqqətli olmalıdır...
Havaların günbəgün istiləşməsi bir problemlərin yaranmasına səbəb olur. Belə ki, isti havalarda kondisioner sistemi işləməyən nəqliyyat vasitələrində uzaq səfərlər getmək bir o qədər də asan deyildir.Bu, həm sürücüyə, həm də sərnişinlərə çətin anlar yaşadır!
Xüsusilə də sərnişin daşıyan avtobus, mikroavtobus sürücüləri belə havalarda daha diqqətli olmalıdır.Ən azından ona görə ki, kondisioner sistemi olmayan avtobusda isti havalarda sürücülər sükan arxasında yatır və nəticədə ağır qəzalar baş verir.Elə sərnişin daşıyan nəqliyyat vasitələrinin sürücüləri var ki, onlar 16 saat, bəzən də daha çox sükan arxasında olurlar. Təbii ki, istirahat etmədən avtomobili idarə etmək birmənalı olaraq təhlükəlidir.
Təəssüf ki, bu problemi əksər sürücülər nəzərə almır, dincəlmədən sükan arxasında əyləşib, sərnişin daşıyırlar. Elə avtomobil sürücüsü var ki,bir gündə Qazağa gedib- qayıdır.Bu nə deməkdir? Bu , o deməkdir ki, sürücü bilə- bilə özünü ölümün içinə atır! Əlbəttə, sernişin daşıyan hər bir sürücünün idarə etdiyi nəqliyyat vasitəsi texniki cəhətdən saz olmalıdır.Üstəlik də avtomobillər qış və yay mövsümünə uyğun olmalıdır. Yəni yayda bütün nəqliyyat vasitələrində kondisioner işləməli, sürücülər yorğun halda sükan arxasında əyləşməməlidir!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
02 Oktyabr 2026 18:21
Bu yollarda sıxlıq var - SİYAHI
01 Oktyabr 2026 09:58
FHN-dən elektrik doldurma qurğuları ilə bağlı - Müraciət
01 Oktyabr 2026 09:05
Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
29 Sentyabr 2026 16:58
Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu
29 Sentyabr 2026 10:45
Azərbaycanda bu maşınlar sürətlə azalır
29 Sentyabr 2026 10:03
“Çin istehsalı olan elektrik avtomobillərə yüksək tariflər tətbiq edirlər”
28 Sentyabr 2026 09:00
Bakının bu yollarında tıxac var - SİYAHI
22 Sentyabr 2026 14:04


Bakı -°C

