“Əgər bu baş verərsə, Azərbaycan Almaniya da daxil olmaqla...”
“Militarizmi sevmirəm, amma ruslara tarixin hər dövründə ən böyük zərbəni Azərbaycanın haqlı olaraq vurduğunu da sevgi ilə qeyd etməliyəm. Çar qoşunlarının ölkəni işğal edib, qan çanağında boğduğu 1806-cı ildə Sisianovun Bakıda öldürülməsi kimi... 1918-ci ildə rusların Bakıda qurmaq istədiyi Baksoveti cəhənnəmə vasil edib, Leninin Azərbaycanı işğalını iki il gecikdirdikləri kimi... Qarabağda başlayan müharibənin SSRİ-ni dağıtdığı kimi...Vətən savaşında rus silahlarını məğlub edib Bakıda onlardan ibarət "Qənimətlər Parkı"ında kolleksiya açıb, dünyada biabır etmələr kimi.Və.... dünən daha bir mühüm hadisə baş verdi”.
Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib.
O, bildirib ki, müasir Rusiyaya keçmiş SRRİ respublikalarından ilk dəfə Azərbaycan qiymət verə bildi:
“Azərbaycan Prezidenti İlham Əliyev: Rusiyanın enerji infrastrukturu məhv edilir və sıradan çıxır. Rusiya artıq bütün ənənəvi tərəfdaşlarına kifayət qədər qaz və neft tədarük edə bilmir. Yaşıl gündəmdən imtina etməməliyik, eyni zamanda Avropa bankları neft və qaz infrastruktur layihələrinin yenidən investisiya ala bilməsi üçün qərarlarını yenidən qiymətləndirməlidirlər. Əgər bu baş verərsə, Azərbaycan Almaniya da daxil olmaqla, Avropaya təbii qaz və neft ixracını əhəmiyyətli dərəcədə artıra biləcək. Almaniyada deyilən bu fikir Rusiya ictimai rəyində və mediasında 22 iyun gecəsi Hitlerin Sovetlərə hücum xəbəri qədər sərt təsir etdi deyə bilərik. Burda güclərin müqayisəsini əsla aparmırıq, amma ortada rusların eşitmək istəmədiyi bir söz, özü də birinci şəxsin ağzıdan çıxdı: Sizin dövrünüz qapanır! Rus mediası sadəcə belə münasibət bildirdi: O həddə çatmışıq ki, artıq əlaqələrimizi yaxşılaşdırmaq yox, Azərbaycanın bizə düşmən olmamasına çalışırıq, Özümüzü Şuşa forumunda Orta Güc elan etməyimiz və olmağımız, Berlinin, Vaşinqtonun, Romanını, Pekinin, lap elə Parisin saraylarında strateji müttəfiq kimi qəbul edilməyimiz Sisianovun nəvələrinə çox pis təsir edib. Amma həqiqətən İmperiya yıxılıb yox, uzanıb, həm də çox pis”.
Vasif
Digər Xəbərlər
07 Noyabr 2026 12:21
“Çin Krallığın ən vacib iqtisadi tərəfdaşlarından biri olaraq qalır...”
07 Noyabr 2026 12:01
Prezident Xankəndi Stadionunun açılışında - FOTOLAR
07 Noyabr 2026 09:22
Azərbaycan, ABŞ və Ermənistan TRIPP üzrə üçtərəfli işçi qrup yaradıb
06 Noyabr 2026 18:14
"Yaxınları bilirlər ki, onların qanı yerdə qalmayıb" - Prezident
06 Noyabr 2026 18:05
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident
06 Noyabr 2026 17:20
Ceyhun Bayramov Li Junhua ilə görüşüb
06 Noyabr 2026 15:39
Sərhədlər bağlıdır, İran heç nə edə bilməz! -Səxavət Məmməd yazır
06 Noyabr 2026 15:08


Bakı -°C

