Yalnız “CinemaPlus”da “Yanlış Anlama 2” filminin nümayişi olacaq - VİDEO
“CinemaPlus” kinoteatrlar şəbəkəsində eksklüziv olaraq 30 sentyabrdan Türkiyə istehsalı olan “Yanlış Anlama 2” filminin nümayişi başlayır.
Film yemək bişirmək qabiliyyətini itirdiyini düşünən aşpazın hekayəsindən bəhs edir. Hekayə qəhrəmanın Türkiyədən Azərbaycana səyahəti ilə başlayır və o, burada çoxlu müxtəlif məzəli macəralarla qarşılaşır.
Ekranı işinin rejissoru Aykut Taşkındır. Baş rollarda Cemal Hünal, Yılmaz Qruda və Fatih Özkan çəkiliblər. Filmdə türkiyəli aktyorlarla yanaşı, İslam Mehrəliyev, Elcan Rəsulov, Gülşən Hüseynli kimi yerli aktyorlarımız da rol alıblar.
Film haqqında qısa məlumat: Nüfuzuna çox dəyər verən aşpaz Ceyhun, uşaqlıqdan ona hər şeyi öyrədən Əhməd usta və onlardan heç vaxt ayrılmayan Fazil hər şeyə başdan başlamaq üçün Bakıya gedirlər. Azərbaycan restoranında anasının işini davam etdirən aşpaz Aydan Əhməd ustanın köməyi ilə anasının reseptini tapmağa çalışır, aşpaz Ceyhun isə ənənəvi Azərbaycan reseptlərini kəşf edərək tamamilə yeni bir kulinariya səyahətinə çıxır.
“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.
Digər Xəbərlər
07 Yanvar 2026 12:43
Mirzəağa Əliyevin teatrdan uzaqlaşdırdığı gənc aktyor - Əntiqə Kərimzadə yazır…
06 Yanvar 2026 13:24
Multikulturalizm Mərkəzi 2025-ci ili uğurla başa vurub
06 Yanvar 2026 10:50
"Qayınana" filminin ssenaristi vəfat etdi
05 Yanvar 2026 17:31
Leyla Əliyeva Maskatda Sultan Opera Evində olub - FOTOLAR
31 Dekabr 2025 09:33
Afaq Bəşirqızı: Atam dedi ki, səni öldürüb sonra öləcəyəm - VİDEO
30 Dekabr 2025 17:22
Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunacaq
29 Dekabr 2025 14:09
"SOLMAYASAN" - VİDEO
26 Dekabr 2025 19:50


Bakı -°C

