Yaponiyada dəhşətli tayfun: Xeyli ölən və yaralanan var
Yaponiyada "Ducuan" tayfunu ciddi fəsadlar törədib. Təbii fəlakət nəticəsində 9 nəfər ölüb, daha dörd nəfər isə itkin düşmüş sayılır.
Adalet.az xəbər verir ki, bu barədə yerli polisdən məlumat verilib.
Bildirilib ki, ölənlərin böyük qismi şiddətli yağışların yaratdığı torpaq sürüşmələrinin qurbanı olublar. Bir neçə nəfər isə su altında qalan çökək ərazilərdə, öz maşınlarının içərisində boğularaq can veriblər.
Torpaq sürüşmələri 500-dən artıq fərdi evə ağır zərər vurub. Bir neçə bölgədə 25 minə yaxın mənzil işıqsız qalıb. Fəlakət zonasında yüzdən çox su içində qalan və xarab olan nəqliyyat vasitəsi var.
Digər Xəbərlər
10 Noyabr 2026 12:04
Ukrayna Rusiyanın təyyarə zavodunu VURDU
10 Noyabr 2026 10:28
Beşqat Olimpiya çempionu prezidentliyə namizəd olacağını açıqladı
10 Noyabr 2026 10:22
Rusiya strateji aviasiyasını belə qoruyur
10 Noyabr 2026 10:01


Bakı -°C

