adalet.az header logo
  • Bakı -°C
24 Dekabr 2025 16:46
65
HADİSƏ
A- A+

Yasamalda baş verən yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO 

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava ərazisində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə Adalet.az-a FHN Mətbuat xidmətindən bildirilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

***

16:00

Bakıda fərdi yaşayış evi yanır.

Bu barədə Adalet.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə Yasamal rayonu, 2-ci Alatava ərazisində fərdi yaşayış evində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb edilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.