"YAŞAT" Fondunun bir il ərzində xərclədiyi vəsaitin həcmi açıqlandı
Bir il ərzində "YAŞAT" Fondu fəaliyyət istiqamətləri üzrə 49 milyon 497 min manat məbləğində vəsait xərcləyib.
Adalet.az-ın məlumatına görə, bu barədə bu gün Bakı Konqres Mərkəzində Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu - “YAŞAT” Fondunun yaradılmasının 1 illik fəaliyyətinə həsr olunmuş mətbuat konfransında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
O bildirib ki, bu çərçivədə 2 916 şəhidin ailə üzvləri, habelə 5 010 yaralı olmaqla ümumilikdə 16 393 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb və 10 875 şəxsin 15 834 müraciəti icra olunub.
"Xərclənən vəsaitdən məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə 32 477 789.50 manat, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri: 458 478.51 manat, İstehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması: 5 432 716.49 manat, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi: 11 128 461.65 manat olub", - Ü.Mehdiyev deyib.
Digər Xəbərlər
18 Sentyabr 2026 19:56
Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşdü - FOTOLAR
18 Sentyabr 2026 18:32
Metro xətlərinin ayrılmasından sonra sərnişinlər belə daşınıb - VİDEO
18 Sentyabr 2026 18:20
Fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-yə çatdı
18 Sentyabr 2026 18:05
Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir
18 Sentyabr 2026 17:11
Şəhid ailələri və qazilərə daha 36 mənzil verildi
17 Sentyabr 2026 21:08
Prezidentlə xanımı ziyarətgahda - VİDEO
17 Sentyabr 2026 20:54
Prezidentlə xanımı "Nəsimi bağları"nda - VİDEO
17 Sentyabr 2026 16:55


Bakı -°C

