"Yaxın qohumlar arasında nikahın əsas səbəbi əmlakdır" - Deputat
“Ailə Məcəlləsinə olan dəyişikləri müsbət sayıram, səs verəcəyəm. Amma əsaslandırılmasını zəif sayıram. Yəni, nəticə haqqında daha çox danışıldı".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Ailə Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deputat Erkin Qədirli deyib.
Deputat bildirib ki, yaxın qohumlar arasında nikahın əsas səbəbi əmlakdır: “Yaxın qohumlar arasında evlilik “əxlaqçı” yox, “əmlakçı” prinsiplə daha yaxşı qavranılır. Əmlak yad əllərə keçməsin. Bunun da yeganə səbəbi odur ki, əmlak qohumlardan kənara çıxmasın".
E.Qədirli qeyd edib ki, Ailə Məcəlləsi, Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi bir paketdə gəlib: “Mən Ailə Məcəlləsinə səs verəcəyəm, amma Cinayət və İnzibati Xətalar Məcəlləsinə olan dəyişiklikləri dəstəkləyə bilmirəm. Onların bir paketdə gəlməsi ona görə yanlışdır ki, Ailə Məcəlləsi ilə Cinayət və İnzibati Xətalar Məcəlləsi ayrı-ayrı hüquq sahələridir".
Digər Xəbərlər
20 Sentyabr 2026 18:05
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
20 Sentyabr 2026 15:15
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
20 Sentyabr 2026 13:59
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
20 Sentyabr 2026 12:57
DİN: Tarixi missiya uğurla yerinə yetirilib - VİDEO
20 Sentyabr 2026 10:02
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
20 Sentyabr 2026 10:01
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşıldı
20 Sentyabr 2026 09:15
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür
20 Sentyabr 2026 09:12


Bakı -°C

