20 Noyabr 2023 15:10
1362
ƏDƏBİYYAT

Yazar “Ömrümün köç günlüyü”nü  təqdim etdi - FOTOLAR

“Ədalət” qəzetinin əməkdaşı jurnalist Əntiqə Rəşidin “Ömrümün köç günlüyü” adlı müsahibə və məqalələrindən ibarət kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri Qarabağ Şəhidi Veteran Qadınlar Təşkilatının rəhbəri Radə Abbas giriş sözü ilə açıq elan edib.

Sonra tədbir iştirakçıları vətən uğrunda canını fəda edən şəhidlərimizi bir dəqiqəlik sükutla yad ediblər.

Araşdırmaçı jurnalist Orxan Zakiroğlu müəllifin yaradıclığından söz açıb: “ Əntiqə Qarabağ müharibəsinin şəhidləri ilə bağlı ən təsirli, duyğulu, kövrəldici, qururlandırıcı məqalə yaza bilən 5-6 jurnalistdən biridir! Amma əslində Əntiqə nəslimizin fəxr ediləsi nümayəndələrindən olmaqla yanaşı, həm də Rəşid əmimin yadigarıdır... Onu ən çox bu səbəbə görə xətri mənə əzizdir...” 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti Dürdanə Şirinova müəllifin yazılarında yurda bağlılığını qeyd edib: “ 4-5 il əvvəl jurnalist Əntiqə Rəşidin məqalələrini oxuyuram! Bir Ağdamlı olaraq onun yurdu - obası haqqında yazdığı bütün məqalələr elə bilirdim ki, mənim hiss və duyğularımı əks etdirir, sanki məni dinləyib, danışdırıb oturub yazıb.”

Professor Ədalət Kərimov Əntiqə Rəşidin 44 günlük vətən müharibəsində qələmini silaha çevirməyindən danışıb: “Bərdəliyəm, Bərdənin özü birbaşa işğal altına düşən rayonlarımızdan olmasa da, köçkünlüyün ağır yükünü daşıyan rayonlarımızdandı, bəlkə də elə Ağdam qədər. Əntiqə xanımı cəbhədən, xüsusi ilə də Bərdə vurulanda göz yaşı içində hazırladığı yazılardan tanımışam, cəsarətinə, dürüstlüyünə heyran olmuşam.Bu gün təqdim etdiyi ilk kitabının böyük hissəsi mənə tanışdı, əyani tanışlığımızın tarixi uzun olmasa da mənə elə gəlir 100 illərdi tanıyıram Əntiqə xanımı.”
Jurnalist Rövşən Kəbirli müəllifin yazıları ilə yanaşı cəsarətindən söz açıb:  “Yazılarından əvvəl ondakı cəsarətə  vuruldum. O, tək başına bir dəstə adamla vuruşdu. Nəyahət haqqı nədirsə, onu qazandı. Əvvəl xaraketini bəyənib, sonra yazılarını oxuyub- bəyəndim.”

Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov müəllifin yaradıcılığı ilə yanaşı şəxsi keyfiyyətlərindən danışıb:“Hər tədbirdə bir insandan söz açmaq olar. Amma bu gün bu tədbirə ona görə gəlmişəm ki, Əntiqə mənim bacımdır. Mənə doğmadır. Yazılarında vətənpərvərlik hissi olduqca yüksəkdir. Qeyrətli xanımdır.”

Radiofm.az-ın aparıcısı Piyalə İsmayılova müəllifin yazılarına əsaslanaraq tədbirdə çıxış edib: “Sən faktlara söykənərək bir məqaləni yazırsan. Yazılarında heç vaxt yalan məlumata rast gəlmədim. Bundan əlavə yazılarında bir həssaslıq da duyulur. Sənin yerin ayrıdi ,Millətini sevən ,xalqina dəyər verən, Ölkəsinə qələmiylə sahib çıxan cəsarətli xanımsan. Səni oxucu kutləsi elə- belə sevmir, Sənin cəsarətini, sənin dürüstlüyünu və sənin yerində şillə kimi verdiyin cavabıni sevir. Əslində çox istəyərdim neçə illik işlədiyin kolləktivindən də kimlərisə görmək. çoox heyf. Yəni mən səbrsizliklə gözləyirdim. Bilmirəm nə səbəbdən gəlməyiblər. Amma ən azından onları da görmək ,dinləmək məncə hamımıza xoş olarsı. Bu sənin sevincin idi, bu sənin qəlbindəki acını, həsrəti təsəvvürünlə ağ vərəqə tökməyin idi. Bunu işıqlandıra bildinsə bə xös mənə,nə xoş bizə. Amma sənin ikinci kitabını mütləq gözləyirik.”

Jurnalist, pedaqoq Zəminə Cəfərli Əntiqə Rəşidin yaradıcılığından və onunla şəxsi münasibətindən danışıb: “Əntiqə mərd insandır, vəfalıdır, qayğıkeşdir. Yazıları isə savadlı, mənbələrə əsaslanandır. Mən bunu ixtisaslı jurnalist və pedaqoq kimi deyirəm. Yazılarında təbiilik daha çoxdur. Uğurlar arzu edirəm”.

Tədbirdə qazilər, müharibə iştirakçılar, qələm əhli, ictimai fəallar, müəllifin oxucuları və ailə üzvləri iştirak ediblər. Tədbir çay süfrəsi ilə yekunlaşıb.


Əntiqə KƏRİMZADƏ