Yeniyetmənin “iPhone”unu əlindən alıb 20 Yanvarda satdı - Video
Paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan bir nəfərə qarşı soyğunçuluq edilib.
Adalet.az xəbər verir ki, naməlum şəxs zərərçəkənin əlində olan, dəyəri 1750 manat təşkil edən “iPhone 16” mobil telefonu alaraq hadisə yerindən uzaqlaşıb.
Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 18 yaşlı İbrahim Əbilov müəyyən edilərək saxlanılıb. Onun ələ keçirdiyi mobil telefonu metronun “20 Yanvar” stansiyasının yaxınlığında satdığı da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
22 Sentyabr 2026 16:05
Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar
22 Sentyabr 2026 11:45
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
22 Sentyabr 2026 09:36
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
21 Sentyabr 2026 11:42


Bakı -°C

