Yerli istehsalının təşviqi üçün 6 il müddətində güzəşt olacaq
Minik avtomobillərinin yerli istehsalının təşviqi ilə bağlı güzəşt tətbiq olunur.
Adalet.az əbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, tam istehsal formasında sənaye yığımının həyata keçirilməsi şərtilə İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı əsasında yığılmamış, komplektləşdirilməmiş və ya sökülmüş minik avtomobillərinin və onların ehtiyat hissələrinin idxalının 2027-ci il yanvarın 1-dən 6 il müddətinə ƏDV-dən azad edilməsi təklif olunur.
O cümlədən "Gömrük tarifi haqqında" qanuna təklif olunan dəyişikliyə əsasən, tam istehsal formasında sənaye yığımının həyata keçirilməsi şərtilə İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilən yığılmamış, komplektləşdirilməmiş və ya sökülmüş minik avtomobillərinin və onların ehtiyat hissələrinin idxalının 2027-ci il yanvarın 1-dən 6 il müddətinə gömrük rüsumundan azad edilməsi nəzərdə tutulur.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Digər Xəbərlər
19 Noyabr 2026 13:26
Çin dünyanın ən böyük maşın devi olan Almaniyanı maşın bazarından çıxartmaq üzrədir
19 Noyabr 2026 10:03
Bakıda avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq – İLK DƏFƏ
19 Noyabr 2026 08:23
Bakıda hansı yollarda tıxac var? - SİYAHI
18 Noyabr 2026 11:52


Bakı -°C

