Yermakın evində axtarış aparıldı
Ukrayna Prezidentinin Ofisinin keçmiş rəhbəri Andrey Yermakın evində axtarış aparılıb.
Adalet.az xəbər verir ki, bu barədə məlumatı Ali Radanın deputatı Yaroslav Jeleznyak öz teleqram kanalında açıqlayıb.
O, axtarışın Ukraynanın Milli Antikorrupsiya Bürosunun müstəntiqləri tərəfindən həyata keçirildiyini bildirib.
Qeyd edək ki, mayın 11-də Ukraynanın Milli Antikorrupsiya Bürosunun və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğunun əməkdaşları Yermaka Kiyev vilayətində elit kottec qəsəbəsinin tikintisi zamanı təxminən 10,5 milyon dollar vəsaitin yuyulması ilə bağlı ittiham irəli sürüblər.
Onu da xatırladaq ki, Andrey Yermak 2025-ci il noyabrın 28-də istefa verib və Ukrayna Prezidenti Volodimir Zelenski onun vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Digər Xəbərlər
12 May 2026 20:42
Rutte NATO ölkələrinə çağırış etdi
12 May 2026 19:43
Paşinyan Rusiyanın daha bir tədbirinə qatılmayacaq
12 May 2026 19:20
Əfqanıstanda 13 milyondan çox insan ərzaq çatışmazlığı ilə üzləşib - BMT
12 May 2026 17:51


Bakı -°C

