adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
12 May 2023 16:17
1919
GÜNDƏM, MÜSAHİBƏ

“Yurdumuzun öz adı: Dizaq, Vərəndə, Ağoğlan yoxsa, Hadrut?”- Dosentlə MÜSAHİBƏ

Əziz oxucular, deməli son aylar Hadrutda tikinti və quruculuq işləri yüksək səviyyədə aparılır. Azərbaycanlılar bunu sevincə izləyir. Texnoloji inkişaf imkan yaradır ki, bunu ermənilər də izləsin və diqqətlə izləyirlər.
Fərqli millət və tərəfmüqabili olduğumuza baxmayaraq onlar da, biz də bu tarixi Azərbaycan yurdunu Hadrut adlandırırıq. Sizcə, hazırda biz bu qəsəbəni Dizaq, Vərəndə, Ağoğlan, Kosalar yoxsa, Hadrut adlandırmalıyıq?
Adalet.az-ın mövzu ilə bağlı suallarını siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev cavablandırır.

- Zaur müəllim, hazırda rəsmi adı Hadrut olan bu ərazi haqqında oxucularımıza məlumat verərdiniz...

- Xocavənd rayonunun ərazisinə daxil olan keçmiş Hadrut rayonunun 1923-cü ilədək Ağoğlan, 1923 - 1939-cu ilədək adı Dizaq olub. 1923-cü il iyulun 7-də Azərbaycan SSR MIK-nın dekreti ilə Azərbaycan SSR tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradıldı. Cəbrayıl qəzasına daxil olan Bünyadlı, Hərəkül, Zamzur, Dolanlar, Hadrut, Edilli, Vənk və s. erməni kəndləri Cəbrayıl qəzasından alınıb DQMV-nin tabeliyinə verildi.

 

Ərazidə erməni əhalisinin sayı çoxaldıqca Ağoğlan kəndi ərazisində olan müxtəlif tarixi və mədəniyyət abidələrini, Alban memarlıq abidələrini eləcə də digər tarixi abidələri də müxtəlif yollarla , dəyişikliklər aparmaqla onları özününküləşdirməyə çalışmışdır. Ərazi fars dilində ha (ara), du (iki) və rud (çay) komponentlərindən düzəlib, "iki çayın arası" mənasını ifadə edən Hadrut kimi adlanmağa başladı. Ermənilər isə Hadrutu əhatəyə alan Güney və Quzey çay adlarını dəyişə bilmədilər. 10 sentyabr 1939–cu ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə respublikanın ərazi-inzibati bölgüsündə bir sıra dəyişikliklər edilib. Belə ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin Dizak Hadrut adlandırılıb.

- Çar Rusiyası erməniləri Azərbaycana köçürənə qədər bu qədim yurd necə adlanırdı?

- Əslində Hadrut qəsəbəsinin tarixi çox qədimdir. Hadrut , Cəbrayıldan tutmuş Hadruta, oradan Ağcabədiyə qədər ərazilərin keçmiş adı olan Vərəndə mahalının adı da qədim zamanlarda Quruçay və Qarqarçay (Füzuli) ətraflarında və Xankəndi şəhəri ərazisində yaşamış türkdilli Vərənd tayfasının adından götürülüb. Hadrut rayonuna məxsus Cilan, Quşçular, Dolanlar, Bünyadlı, Daşbaşı, Mülkədərə və Ağcakənd adlı erməni kəndlərinin adları da türk - azərbaycan sözləridir. Dolanlar kəndinin əsasını qoyan dolan tayfası erməni yox, tatar-monqol mənşəli olub. Dolanlar kəndinə orta əsrlərdə Ərgünəş də deyilib. Bu əraziyə ermənilər 1828-ci il Türkmənçay müqaviləsindən sonra köçməyə başlayıblar. İranın Qaradağ əyalətindən gələn ermənilər həmin kənddə məskunlaşmışlar.

- Elə qaçqın ermənilərin Qarabağa köçürülməsindən sonra bütün Qarabağın o cümlədən Hadrutun taleyində acı günlər başlayıb. Ermənilər Qafqaza köçürlməmişdən əvvəl o ərazi Ağoğlan adlandırıldığı deyilir...

- Hadrut əvvəllər Dizaq mahalına daxil idi. Qeyd edim ki, Qarabağ xanlığı dövründə inzibati vahidə görə 22 ərazi var idi və Dizaq Mahalı Hadrut kəndindən Şəybəy, Nüzgar kəndlərinə qədər əraziləri əhatə edirdi . Dizaq — Cavanşir mahalına Horadiz-Maralyan-Soltanlı kəndləri istiqamətində olan ərazilər, Xudafərin mahalına Dağtumas-Sirik kəndləri və Diri dağı zonası, Çovundur mahalına isə Diri dağından Oxçu çaya qədər ərazilər daxil idi. Sonradan bu ərazini Ağoğlan kimi adlandırmağa başlamışlar. Yerli əhalinin rəvayətinə görə, Ağoğlan qədimdə buraya basqın etmiş yadellilərə qarşı döyüşdə öldürülmüş və alban kilsəsi ərazisində dəfn edilmiş igidin adıdır və "pak, təmiz, müqəddəs oğlan mənasını daşıyır. Bəli, Hadrut adı ərazinin erməni versiyasıdır. 19-cu əsrdə ruslar Azərbaycana gəlib, ərazisinin statistikasını aparanda, rayonun adı "Ağoğlan" kimi qeydə alınıb.

- İşğaldan azad olan Madagizin adı dəyişdirildi, hazırda öz qədim adını daşımağa başladı: Suqovuşan!. Əgər Hadrutun adını dəyişdirəsi olsaq, hansı adı uyğun biərdiniz?

- Təbii ki, Ağoğlan!

- Zaur müəllim, maraqlı cavablara görə, təşəkkür edirik!


Əntiqə Rəşid