Yuxunun müddəti, yoxsa keyfiyyəti daha vacibdir?
Yuxu fiziki və zehni sağlamlığımız üçün həyati əhəmiyyət daşıyır. Lakin mütəxəssislər bildirirlər ki, vacib olan yalnız yuxunun müddəti deyil, həm də onun keyfiyyətidir.
Adalet.az-ın məlumatına görə, Azərtac “euronews.com” telekanalına istinadla xəbər verir ki, mövzu ilə bağlı Stanford Universitetindən yuxu mütəxəssisi Rafael Pelayo araşdırma aparıb.
Mütəxəssis qeyd edib ki, əksər insanlar üçün 7-9 saat yuxu ideal hesab olunur: “6 saatdan az və ya 9 saatdan çox yuxu sağlamlıq risklərini artıra bilər. Əgər uzun müddət yatdıqdan sonra yenə də yorğun hiss edirsinizsə, yuxu keyfiyyətiniz aşağı ola bilər. Yaşa görə yuxu tələbatına əsasən, körpələr 14-17 saat, gənc yetkinlər (16-25 yaş) 8-10 saat, böyüklər (26-64 yaş) 7-9 saat, yaşlılar (65 yaş və yuxarı) 7-8 saat yatmalıdırlar”.
R.Pelayo bildirib ki, insanlar hər 90 dəqiqədən bir yuxu mərhələlərindən keçirlər: “Gecənin ilk hissəsində dərin yuxu baş verir – bədən bərpa olunur, böyümə hormonu ifraz edilir. Gecənin sonuna yaxın REM yuxusu artır – yaddaş möhkəmlənir və öyrənmə prosesi güclənir”.
“Araşdırmalar göstərir ki, qadınların yuxuya ehtiyacı kişilərdən çox deyil, lakin onlar adətən bir qədər çox yatırlar. Hamiləlik, menopauza və menstrual dövr yuxu keyfiyyətinə təsir edə bilər. Yeni ana olan qadınlar gecələr daha çox oyanmağa meyillidirlər. Yuxu çatışmazlığı müəyyən sağlamlıq risklərini artıra bilər: Depressiya və stress; Yüksək qan təzyiqi, infarkt və insult; İmmunitet sisteminin zəifləməsi; Alsheimer riskinin artması. Əgər kifayət qədər yatırsınız, amma yenə də yorğun hiss edirsinizsə, həkimə və ya yuxu mütəxəssisinə müraciət etməyiniz tövsiyə olunur”, - deyə mütəxəssis əlavə edib.
Digər Xəbərlər
25 Iyul 2026 11:44
Qaraciyər sağlamlığı üçün ən faydalı 4 qida
25 Iyul 2026 11:24
Qəhvənin möcüzəvi təsiri - Xərçəng və diabet riskini azalda bilər
24 Iyul 2026 16:44
“Kondisioner xəstəlikləri”ndən qorunun!
23 Iyul 2026 10:25
D vitamini almaq üçün nə qədər günəş altında qalaq?
22 Iyul 2026 15:41
Uşağın tək oynaması normaldırmı? – Səhiyyə Nazirliyinin psixoloqu valideynlərə tövsiyə verir
20 Iyul 2026 13:06
TƏBİB-dən yeni idarəetmə fəlsəfəsi - Tullantıların daşınmaması ciddi narahatçılıq doğurur
17 Iyul 2026 17:29
Bu mikroblara - DİQQƏT EDİN!
16 Iyul 2026 20:28


Bakı -°C

