Yüz illər sonra kəşf edildi - Okeanın udduğu əsrarəngiz şəhər...
Şimal dənizinin “Atlantidası” kimi tanınan batmış şəhərdəki kilsəsinin qalıqları Almaniya sahillərində palçıq altında tapılıb.
Adalet.az xəbər verir ki, kilsənin Vadden dənizində yerləşən "Runqholt" adlı yaşayış məntəqəsinin bir hissəsi olduğu güman edilir.
Rəvayətə görə Runqholt Tanrının cəzası olaraq dənizdə batmış bir şəhərdir. 1362-ci ildə şiddətli fırtına zamanı dalğalar tərəfindən basdırıldıqdan sonra görünməyən bu şəhər bir əfsanə olaraq qəbul edilir.
Lakin yeni araşdırmalar zamanı məlum olub ki, şəhər həqiqətən də mövcuddur və onlar yaşayış məntəqələrini ağır hava şəraitindən qorumaq üçün onun ətrafında istehkamlar inşa ediblər.
Tədqiqatları Kiel Universiteti, Mainz Yohannes Qutenberq Universiteti, Baltikyanı və Skandinaviya Arxeologiya Mərkəzi və Şlezviq-Holşteyn Dövlət Arxeologiya Departamentinin arxeoloqları aparıblar.
Dünyanın ən uzun gelgit qumu və palçıq təbəqələrinə sahib olan Vadden dənizini araşdıran qrup, geofiziki təsvir texnologiyasından istifadə edərək şəhəri gelgitlərdən qorumaq üçün tikilmiş süni kurqanlar tapıb.
Qeyd edək ki, Runqholtu viran qoyan fırtına təkcə Almaniyanı deyil, Hollandiya, Danimarka və İngiltərəni də əhatə edən bölgəni vuran ən böyük fırtınalardan biri kimi tarixə düşdü. Fırtına 1362-ci ilin yanvarında baş verdi və o vaxtdan bəri "böyük insan boğulması" olaraq xatırlanır.
Vasif Əlihüseyn
Digər Xəbərlər
26 Dekabr 2025 10:10
Buryatlar: Baykal gölünün sahiblərı - (VI yazı)
24 Dekabr 2025 13:01
Günün Lətifəsi
23 Dekabr 2025 12:20
Rusiyalı alimlər azərbaycanlılarda xüsusi genlər aşkar etdi
22 Dekabr 2025 09:00
Yakutlar: Şimalın türk ruhu,buz altındakı xəzinə... (V yazı)
18 Dekabr 2025 11:49
“Shokki Mokki” “Məktəbim” layihəsinə dəstəyini davam etdirir
18 Dekabr 2025 10:02
Boz Qurda sadiq xristian qaqauzlar - (IV yazı)
15 Dekabr 2025 11:23
Xakaslar: Cənubi Sibir türkləri, şaman ənənəsinin davamçıları - (III yazı)
12 Dekabr 2025 17:50


Bakı -°C

