Zakir Həsənov Şuşada Yaşar Gülerlə bu məsələləri müzakirə etdi
Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 2-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler ilə görüşüb.
Bu barədə Adalet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilən görüş zamanı iki ölkə arasında mövcud olan qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin hərbi sahə də daxil olmaqla, bütün istiqamətlərdə dinamik inkişaf etdiyi qeyd olunub.
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın miqyasının genişləndirilməsinin dövlət rəhbərlərinin daimi nəzarətində olduğu xüsusilə diqqətə çatdırılıb.
Müdafiə nazirləri hərbi qulluqçularımızın iştirakı ilə keçirilən "Birliyin Gücü-2026" birgə hərbi təliminin və bu cür görüşlərin əhəmiyyətini vurğulayaraq, tərəfdaşlığımızın gələcəkdə də müvəffəqiyyətlə davam etdiriləcəyinə əminliklərini bildiriblər.
İkitərəfli görüşdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıq məsələləri, eləcə də regional təhlükəsizlik və bölgədə dayanıqlı sülhün təmin olunması yolları müzakirə edilib.
Digər Xəbərlər
02 Oktyabr 2026 11:08
"YAP-ın inzibati binalarının dövlət qeydiyyatına alınması üçün əsaslı işlər görülüb" - Tahir Budaqov
02 Oktyabr 2026 10:30
"İlk dəfədir qurultayımız Azərbaycan suverenliyini tam bərpa edəndən sonra keçirilir" - YAP-ın Sədri
02 Oktyabr 2026 09:32
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
01 Oktyabr 2026 23:32
"Birliyin Gücü – 2026" birgə hərbi təlimi BAŞA ÇATDI - FOTOLAR
01 Oktyabr 2026 18:45
Hava dəyişir - BDYPİ sürücülərə müraciət etdi
01 Oktyabr 2026 17:50
Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
01 Oktyabr 2026 13:22
Yaşar Gülər Zakir Həsənovla Şuşada - FOTOLAR
01 Oktyabr 2026 11:56


Bakı -°C

