Zakir İbrahimov “Yüksəliş”in qalibləri ilə görüşüb - FOTO

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Aslan Həsənli və Rüfət Məmmədxanlı ilə növbəti fərdi görüşlərini keçirib.
Adalet.az xəbər verir ki, görüşlər zamanı beynəlxalq tədbirlərdə protokol qaydalarının tətbiqi, natiqlik bacarıqlarının inkişaf etdirilməsi və tərəfdaşlarla effektiv kommunikasiyanın qurulması mövzuları müzakirə olunub.
İdarə Heyətinin sədri Zakir İbrahimov müsabiqə qalibləri ilə şəxsi təcrübəsini bölüşərək, onlara həmin istiqamətlərdə bilik və bacarıqlarını inkişaf etdirmələri üçün tövsiyyələr verib. Zakir İbrahimov “Yüksəliş” müsabiqəsinin istedadlı gənclərə öz potensialını reallaşdırmaq, peşəkar bacarıqlarını artırmaq və liderlik keyfiyyətlərini inkişaf etdirmək üçün geniş imkanlar yaratdığını vurğulayaraq, proqram iştirakçılarını onlara təqdim olunmuş bu imkanlardan maksimum yararlanmağa dəvət edib.
Görüşlər mövzular ətrafında sual-cavab formatında davam edib.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis edilib.
Digər Xəbərlər

İstifadəyə yararsız və qadağan olunmuş pestisidlərin zərərsizləşdirilməsi həyata keçiriləcək

Xarici vətəndaşlar azad edilmiş ərazilərə səfər edə biləcəklər

Azad edilmiş ərazilərdə daha 79 mina aşkarlanıb

Azərbaycanda yeni komissiya yaradıldı

AG RƏNG QARA LƏKƏ GÖTÜRMƏZ

Prezidentin xüsusi nümayəndəsi: Bu ilin sonunadək Xocalıya daha 400 ailə qayıdacaq

III Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdama səfər ediblər
