28 Oktyabr 2024 14:12
164
DÜNYA

Zaxarovadan Zurabişviliyə "tərs şillə": "Ay Fransa vətəndaşı, sənin əmin qızı..."

Qonşu Gürcüstanda hələki seçki nəticələrinin müzakirəsi davam edir. Hazırda Gürcüstan Prezidenti Salome Zurabişvilinin ölkədəki seçkiləri tanımaması, onların total şəkildə saxtalaşdırıldığını bəyan etməsi və xalqı etirazlara səsləməsi ən geniş müzakirələrdən biridir.

Xatırlayırsınızsa, seçkidən bir neçə gün əvvəl Zurabişvili "seçkilərin nəticələrinin tanınmasının Gürcüstanın Rusiyaya tabe olması demək olduğunu və Gürcüstanın Avropa gələcəyinə heç kimin əngəl ola bilməyəcəyini" açıqlamışdı.

Adalet.az xəbər verir ki, Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova "Gürcüstanın gələcəyinin Avropadan nəyi pisdir?" sualı ilə Gürcüstan Zurabişvilinin bəyanatını şərh edib: “Mənim Zurabişviliyə sualım var. Gürcüstanın gələcəyinin Avropadan nəyi pisdir? Fransa vətəndaşına xatırladıram ki, Gürcüstan Fransandan daha qədimdir”.
Zaxarova onu da qeyd edib ki, Zurabişvilinin əmisi qızı, Fransa siyasətçisi, Aİ-nin Maastrix müqaviləsinin müəlliflərindən biri və Rusiyanın dostu Helen Karrer D’Ankoss son nəticədə Avropa İttifaqına məyusluqla yanaşmışdı.
Qeyd edək ki, Gürcüstanda hakim “Gürcü arzusu” partiyası səslərin 54 fazini əldə edib və qələbə qazanıb. Bu qələbə Gürcüstan Prezidentini həddən çox qəzəbləndirib.

Qeyd edək ki, Zurabişvili dünən ölkədəki seçkiləri tanımayıb və xalqı etirazlara səsləyib.

Yeri gəlmişkən, seçkinin ən səs-küylü hissəsi  seçicilərin Marneulidə seçki qurusuna topa bülleten atması olub. Bununla bağlı  yayılan video görüntülər sosial platformalarda müzakirə edilib. Hadisə Sadaxlı kəndindəki 69 saylı seçki məntəqəsində baş verib. Bu, azərbaycanlıların kəndidir. Zurabişvili bununla bağlı açıqlama da verib və hadisəni pisləyib.  

Qurban olum xalqıma!)

 Əntiqə Rəşid