Zelenski Budanova Prezident Ofisinə başçılıq etməyi təklif etdi
"Mən Kirill Budanovla görüşdüm və ona Ukrayna Prezidentinin Ofis Aparatına rəhbərlik etməyi təklif etdim. Ukrayna hazırda təhlükəsizlik məsələlərinə, müdafiə və təhlükəsizlik qüvvələrinin inkişafına, danışıqlarda diplomatik yola daha çox diqqət yetirməlidir və Prezident Ofisi Aparatı, ilk növbədə, bu milli məqsədlərə xidmət edəcəkdir".
Adalet.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Teleqram” kanalında məlumat verib. O bildirib ki, Budanov bu sahələrdə xüsusi təcrübəyə və nəticə əldə etmək üçün lazımi gücə malikdir
“Mən, həmçinin Prezident Ofisi Aparatının yeni rəhbərinə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi və digər aidiyyəti rəhbər və qurumlarla birlikdə dövlətimizin müdafiəsi və inkişafı üzrə strateji bazanı və onun növbəti addımlarını yeniləyib təsdiqə təqdim etməyi tapşırdım”, - deyə Zelenski əlavə edib.
Qeyd edək ki, hazırda Kirill Budanov Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi vəzifəsində çalışır.
Digər Xəbərlər
25 Yanvar 2026 14:21
Əli Laricaninin qızı ABŞ universitetindən qovuldu
25 Yanvar 2026 14:15
Rusiya Ukraynanın itkilərini yenilədi
25 Yanvar 2026 13:58
ABŞ “Tomahawk” raketlərini modernləşdirir
25 Yanvar 2026 09:43
Fransa hökumətində dəyişikliklərin edilməsi gözlənilir
25 Yanvar 2026 09:22
Suriya kürdlərlə atəşkəsi 15 gün uzatdı
25 Yanvar 2026 09:15
Ukrayna NATO ilə Rusiya arasında "bufer zona" olmalıdır - Orban
25 Yanvar 2026 09:02
Türkiyədə nişan mərasimində 113 nəfər dəm qazından zəhərləndi
25 Yanvar 2026 09:00


Bakı -°C

