Zelenski Ərdoğandan kömək istədi - Putinlə görüşmək üçün
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edərək Rusiya lideri Vladimir Putinlə görüşün təşkilinə yardım göstərməsini xahiş edib.
Adalet.az xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.
Zelenski Türkiyənin Ukrayna ilə bağlı danışıqlarda vasitəçi rolunu oynaya biləcəyini bildirib:
“İstanbul bu proses üçün praktik və real məkandır. Bilirəm ki, Prezident Ərdoğan Putinlə əlaqə saxlayır. Buna görə də Türkiyədə görüşün keçirilməsini dəstəkləyirik”.
Qeyd edək ki, daha əvvəl Ukrayna ilə bağlı mümkün danışıqlarda Avropanı Fransa, Almaniya və Böyük Britaniyanın təmsil edə biləcəyi barədə məlumat yayılmışdı.
Digər Xəbərlər
02 Noyabr 2026 10:58
“Yaxın günlərdə İranda bu əraziyə nüvə zərbəsi endirilə bilər”
02 Noyabr 2026 09:36
ABŞ-də özəl təyyarə yerə çırpıldı, 9 ölü - Anbaan görüntülər
02 Noyabr 2026 09:22
Abdullah Öcalan İmralıda iqamətgaha köçürüldü - Foto
01 Noyabr 2026 18:00


Bakı -°C

