Zelenski Makronla görüşünün nəticələrini şərh edib
Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə Fransa Prezidenti Emmanuel Makronla danışıqların nəticələri barədə məlumat verib.
Adalet.az-ın verdiyi məlumata görə, o, bu barədə öz Telegram kanalında yazıb.
Zelenskinin sözlərinə görə, Fransa Prezidenti ilə görüşü zamanı Ukraynanın Rusiyanın hücumlarına qarşı durmaq üçün real imkanları, müdafiənin gücləndirilməsi məsələləri və diplomatik sahədə Kiyevin mövqeyini gücləndirə biləcək dəstək müzakirə olunub.
"Diplomatiya və real yardım bir-birini müşayiət etməlidir. Rusiya ölkəmizə zərbələr endirməyə davam edir və indi biz hava hücumundan müdafiəni gücləndirməliyik. Məhz buna görə hər görüş konkret nəticə verməlidir - hava hücumundan müdafiə ilə bağlı yeni qərarlar, yeni yardım paketləri, səmanın müdafiəsi üçün yeni imkanlar", - o qeyd edib.
V. Zelenski vurğulayıb ki, tərəflər həmçinin gələcək diplomatik addımları ətraflı müzakirə ediblər. O əlavə edib ki, dövlət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, nazirlər və səfirlərin iştirakı ilə "İstəklilər koalisiyası"nın Parisdə keçirilən görüşü çərçivəsində mühüm siyasi qərarlar hazırlanır.
Digər Xəbərlər
29 Yanvar 2026 18:56
Ərdoğanla Mirziyoyev görüşdü
29 Yanvar 2026 17:10
İrandakı etirazlarda öldürülənlərin siyahısı açıqlanacaq
29 Yanvar 2026 14:38
Argentina prezidenti keçmiş sevgilisi ilə səhnədə - VİDEO
29 Yanvar 2026 14:31
Kreml İranla bağlı çağırış etdi - "Təmkinli olun!"
29 Yanvar 2026 13:50
Fabrikdəki güclü partlayış yaşayış binalarına sıçradı - VİDEO
29 Yanvar 2026 13:01
"Lukoil" aktivlərinin satışı ilə bağlı ABŞ şirkəti ilə razılaşdı
29 Yanvar 2026 12:40
ABŞ-də 73 nəfər donaraq öldü
29 Yanvar 2026 11:54


Bakı -°C

