Zelenski: Ukraynanın “qələbə planı” müttəfiqlərin sürətli qərarlarından asılıdır
Ukraynanın Rusiyaya qarşı müharibədə "qələbə planı" müttəfiqlərin bu il qəbul edəcəyi sürətli qərarlardan asılıdır.
Adalet.az “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Prezident Vladimir Zelenski Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin səfəri zamanı deyib.
Zelenski von der Leyen ilə birgə mətbuat konfransında bildirib ki, Ukrayna Avropa İttifaqının təklif etdiyi 39 milyard dollarlıq krediti hava hücumundan müdafiə, enerji və yerli silahların alınması üçün istifadə etməyi planlaşdırır.
Zelenski ABŞ Prezidenti Co Baydenin “qələbə planı”nın əhəmiyyətini vurğulayaraq, onların görüşü zamanı bunu müzakirə edəcəklərini bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti gələn həftə ABŞ-a səfər edəcək.
Digər Xəbərlər
21 Sentyabr 2026 19:52
Özbəkistan Naxçıvan üzərindən Türkiyə limanlarına çıxmaq istəyir
21 Sentyabr 2026 19:26
“Zelenski qorxduğu üçün imtina etdi” - Ukraynada seçki skandalı
21 Sentyabr 2026 13:35
İran Prezidenti də ABŞ-yə gedir
21 Sentyabr 2026 11:45


Bakı -°C

