Zelenskidən xəbərdarlıq: ” Terrorçular yeni hücuma hazırlaşır, çətin həftə olacaq”
Prezident Vladimir Zelenski Rusiya-Ukrayna müharibəsindəki son durumla bağlı xalqına xəbərdarlıq edib.
Adalet.az ukr.news- ə istinadən xəbər verir ki, Zelenski yenə də ən ağır toqquşmaların Donetsk cəbhəsində baş verdiyini deyib. Ukrayna prezidenti bildirib ki, Rusiyanın ötən həftə Ukraynada mülki və kritik enerji infrastrukturlarını bombaladı. Bunun nəticəsində ölkədəki enerji problemləri yarandı. Məsələnin həlli üçün ciddi səylər göstərildiyini açıqlayan Zelenski xalqına bu sözlərlə xəbərdarlıq etməyi də unutmayıb:”Cəbhədə vəziyyət olduqca ağırdır. Terrorçular yeni hücumlar hazırlayırlar. Biz bunu dəqiq bilirik. Və nə qədər ki, raketləri var, sakitləşməyəcəklər”.
Qeyd edək ki, Ukrayna qoşunlarının Xersonu azad etməsinə baxmayaraq, Rusiya şəhəri artilleriya atəşinə tutmağa davam edir. Təkcə dünən - noyabrın 27-də ərazidə 54 atəş hadisəsi qeydə alınıb. Hətta dünya mediası Ukrayna ordusunun noyabrın 25-də Donetsk vilayətinin Artyomovsk rayonu ərazisində gedən döyüşlərdə ciddi itkilər verdiyini yazır.
Əntiqə Rəşid
Digər Xəbərlər
29 Mart 2026 18:04
Sürücülərə və piyadalara XƏBƏRDARLIQ
29 Mart 2026 15:07
Prezident Cəmil Əliyevi təltif etdi
28 Mart 2026 22:00
DTX xaricdə qanunsuz miqrasiya fəaliyyətində iştirak edən azərbaycanlıları müəyyən etdi - VİDEO
28 Mart 2026 16:10
Bəzi ərazilərdə kollektorlarda problemlər yaranıb - BŞİH
28 Mart 2026 13:24
Aylıq yağıntı üzrə rekord göstərici qeydə alınıb
28 Mart 2026 13:20
DİN: Yağışlı hava ilə əlaqədar 763 çağırışa reaksiya verilib
28 Mart 2026 13:17
1919-cu ildə qurulan təhlükəsizliyimiz - DTX-dən paylaşım
28 Mart 2026 13:11


Bakı -°C

