"Zelenskinin Bakıya getdiyi üzə çıxsa..." - Simonyanın bu açıqlaması Rusiyaya mesajdır?
Bir neçə gündür Ukrayna Prezidenti Vladimir Zelenskinin Ermənistana səfəri ilə bağlı nəinki Ermənistanda, eləcə də, Qafqaz respublikalarında, region ölkələri arasında qızğın mübahisələrə səbəb olub. Hətta bu məlumata ən qıcıq olan Rusiya olduğu aydınlaşdı. Bəyanat verdi. Artıq bütün siyasi fiqurlar təhlükənin reallığını düşünür.
Ermənistan artıq reallığı anlamağa başlayır. Ermənistan parlamentinin spikeri Alen Simonyan yaranmış situasiyadan çıxış yolu tapmağa çalışıb. Deyib ki, Zelenskinin səfəri baş tutsa, bu, regional xarakter daşımalıdır.
Simonyan Zelenskinin səfəri barədə dəqiq məlumat olub olmadığına da aydınlıq gətirə bilməyib. Jurnalistin “Azərbaycan Zelenskinin Bakıya səfərinin planlaşdırılmadığını bildirib” fikrinə əsəbləşən spiker jurnalistinfikrinə istehza edərək bu fikirləri söyləyib:“Təəccüblənirəm ki, Azərbaycan rəsmilərinin dedikləri son həqiqət hesab olunur. Bəs onun Azərbaycana getdiyi üzə çıxsa? Onda nə deyirsən?!”
Erməni spiker hətta kameralar qarşısında Rusiyaya mesaj göndərməyi də unutmayıb:Səfərin Bakı ilə İrəvan arasında sülhə nail olmaq məqsədi daşıdığı barədə söhbətlər, səfər hər iki ölkəyə ediləcəksə, məqbuldur. Ümid edirəm ki, belə bir səfər baş tutsa, müsbət dəyişikliklər gətirəcək, baxmayaraq ki, hazırda dəqiq bir şey deyə bilmərəm”.
Simonyan bu açıqlaması ilə düşünür ki, Rusiyanın təzyiqindən öz ölkəsini qoruyub. Amma mart ayı çox uzaqda deyil.
Qeyud edək ki, Zelenskinin 4 martda İrəvana səfər edəcəyi haqda erməni mediasının yaydığı xəbərə ən çox rusiyalı politoloq və siyasi şərhçilər hədələyici mesajlar verir Məsələn, rusiyalı hərbi ekspert İqor Korotçenko deyib ki, Zelenskinin Ermənistana səfəri - əgər baş tutsa - o demək olacaq ki, Kreml üçün Paşinyan “erməni Saakaşviliyə” çevriləcək. Həm də bütün nəticələrlə birlikdə.
P.S.Sizin də ağlınıza 2008-ci ilin isti avqust günlərində Gürcüstanda Rusiya qoşunlarının nə etdiyi gəldimi?
Əntiqə Rəşid