"Zəngəzur dəhlizi bütün regionun maraqlarına uyğundur" - Kurtulmuş
Türkiyə Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanı hər cür dəstəkləyir.
Adalet.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş açıqlayıb.
Kurtulmuş Zəngəzur dəhlizinin tezliklə həyata keçiriləcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, Zəngəzur dəhlizi təkcə Türkiyə və Azərbaycanın deyil, bütün region ölkələrinin maraqlarına uyğundur. O, bunun sülh dəhlizinə çevriləcəyinə ümid etdiyini deyib.
Digər Xəbərlər
18 Dekabr 2024 20:01