Zəngəzur dəhlizi mümkün deyil - Musəvi
Hamı anlayır ki, “Zəngəzur dəhlizi” ideyasını həyata keçirmək mümkün deyil.
Adalet.az “Pars Todey”ə istinadla xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “Araz dəhlizi” mövzusunda keçirilən ixtisaslaşdırılmış sessiyada deyib.
“Hamı etiraf etdi ki, “Zəngəzur dəhlizi” kimi ideyaları həyata keçirmək mümkün deyil. Bu kontekstdə Azərbaycan və İran arasında Araz dəhlizinin yaradılması ilə bağlı razılaşma əlverişli fürsətdir”, - deyə o bildirib.
O qeyd edib ki, Qarabağ ətrafında baş verən hadisələrdən sonra regional sülhün həlli ilə bağlı müxtəlif layihələr irəli sürülüb. Onun sözlərinə görə, Qərb ölkələri İranı regiondan sıxışdırıb çıxarmağa çalışsalar da, müxtəlif səviyyələrdə görülən tədbirlər nəticəsində bu məsələ indi gündəmdən çıxıb.
İran səfiri həmçinin bildirib ki, regionda iqtisadi təşəbbüslərin həyata keçirilməsi ilə geniş konsensus imkanları yaranıb.
Digər Xəbərlər
23 Dekabr 2025 17:45
Cevdet Yılmaz Sahibə Qafarova ilə regional prosesləri müzakirə edib - YENİLƏNİB
23 Dekabr 2025 17:28
Prezident Ağdamda metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışında - FOTOLAR
23 Dekabr 2025 17:25
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
23 Dekabr 2025 15:59
"Keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdırlar" - Dövlət başçısı
23 Dekabr 2025 14:36
Dmitri Medvedev İlham Əliyevə təbrik məktubu ünvanladı
23 Dekabr 2025 13:35
Bakıda II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçirilib - YENİLƏNİB
23 Dekabr 2025 13:09
Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı
23 Dekabr 2025 12:42


Bakı -°C

