28 Iyun 2024 10:33
381
KRİMİNAL

Zəngilanda 2 tondan çox çətənə bitkisi məhv edildi

Zəngilanda 2 tondan artıq yabanı çətənə bitkisi məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Adalet.az-a verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları Dövlət Sərhəd Xidməti ilə birgə "Xaşxaş 2024" planına uyğun olaraq tədbir keçiriblər. Tədbir zamanı Mincivan qəsəbəsində yabanı halda bitən 2 tondan artıq 4657 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.