adalet.az header logo
  • Bakı -°C
28 Noyabr 2025 17:24
56
İDMAN
A- A+

“Zirə” “Kəpəz”i məğlub etdi

Futbol üzrə Misli Premyer Liqasında XIII tura start verilib.

Adalet.az xəbər verir ki, turun açılış matçı Yevlax şəhər stadionunda “Kəpəz” və “Zirə” komandaları arasında olub. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hər iki qol ikinci hissədə vurulub. 62-ci dəqiqədə Leroy Mikels akrobatik zərbə ilə hesabı açıb. Son nöqtəni 84-cü dəqiqədə İssa Cibrilla qoyub.

Hazırda Bakı klubu 26 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 6 xalı olan Gəncə təmsilçisi 10-cudur.

Günün son oyununda “Turan Tovuz” öz meydanında “Neftçi”ni qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşma saat 18:30-da başlayacaq.

Qeyd edək ki, turun digər oyunları noyabrın 29-30-da keçiriləcək.