ADİL, ALİCƏNAB, BAYRAQ ADAM - İlqar Rəsul yazır

İLQAR RƏSUL
5233 | 2022-12-26 13:50

Bayraq təkcə parçadan olmur. Bayraq adamlar da olur. Məmləkəti üçün dəyərli, önəmli, bayraq adamlar olur yəni.

Onlardan biri də vəkil Adil İsmayılov idi. Savaddan, istedaddan, təcrübədən yoğrulmuş bayraq adam.

Bu gördüyünüz fotonu mən çəkmişəm. Daha doğrusu ikimizin söhbətinin verilişindən şəkillər tutub, ona yollamışam. Bunu bəyənmişdi.

Bu gün səhər tezdənnən səhifəsini gəzdim bir az. İndi bu fotoya baxıb düşünürəm ki:

Əksəriyyətin aramızdan getməsi çox təbii olduğu halda, onun getməsi çox təəccüblü oldu...

Sanki növbəti kinayəli zarafatını edir, ya da nəyəsə eyham vururmuş kimi bir şey yəni...

Ölüm əlbəttə ki, haqdı. Amma bəzən haqsız saydığımız ölümlər də var. Gedənin geri qayıdacağına içində gizlənib qalmış bir ümid yəni. Qayıtmır əlbəttə. Amma o ümidi də ölməyə qoymur...

Qayıtmadığına görə ondan küsürsən. Və elə o andaca ağlından bir fikir keçir:

Ondan küsə bilərdin, barışmaya bilməzdin...

25 dekabr 2021

TƏQVİM / ARXİV