DAHA BİR QRUQ İRAN CASUSU SAXLANILIB - İlqar Rəsul yazır

İLQAR RƏSUL
5270 | 2022-11-14 12:25

Mən deyəndə ki, nəzarətdəsiniz, "şıltaqlıq" edənlərin bir çoxu inanmırdı. Baxın, İran casusları 5-5, 10-10 götürülür.

Onların hamısı indi aşkarlanmır ki, daima nəzarətdə olub vədəsi gözlənilirdi çoxunun.

Görünən odur ki, vədələri tamamdı.

Şəhid qanını, qazi yarasını, anaların, ataların, bacıların, gəlinlərin sinəsindəki dağı tapdalayıb Rusa, erməniyə işləyənlər, "dost-filan" deyib tərəfini tutanlar, təəssübünü çəkənlər, siz də nəzarətdəsiniz, xəbəriniz olsun. Vədəniz də yetişir artıq...

Yox bir, siz ağıllısınız, işləyirsiniz, sizi zərərsizləşdirməli olanlar dəlidilər, yatıblar.

Nə qədər gec deyil, Məmləkətin ətəyindən yapışın cənablar. Hər günahın bir tövbə qapısı olmamış deyil...

TƏQVİM / ARXİV