Deputatın səsləndirdiyi təklif normaldı - İlqar Rəsul yazır

İLQAR RƏSUL
5897 | 2021-12-29 14:46

Məncə tələbələrin Qarabağın tikintisində iştirak etməsilə bağlı deputatın səsləndirdiyi təklif normaldı (Əlbəttə ki, ifadə tərzi kimlərisə qane etməyə bilər. Bu da normaldı).

Amma btün dünyada var tələbələrin tətil vaxtı işləmək praktikası. Bu yolla təhsilhaqqını ödəyənlər də var. (Azərbaycandan gedib xaricdə təhsil alan uşaqlardan da yayı qalıb işləyənlər var, bildiyim qədər). Hətta yaxşı oxuyan tələbələrin də yayda bekar qalanda iş axtaranları az deyil. Gedib işləyə, özlərinə və ailələrinə gəlir gətirə bilərlər. Guya elə tələbələrin hamısı bütün yayı əlindən kitabı yerə qoymur ki? Əksinə, məncə bu yol həm də vaxtından əvvəl zəhmətə alışdırar gəncləri (Məsələn, BDU-nun Jurnalistika fakültəsinin tələbələri artıq ikinci-üçüncü kursdan mətbuatda işləyirlər və bu, onları vaxtından əvvəl hazır kadra çevirir). Üstəlik, ixtisası uyğun olanlar, universitetdən sonra Qarabağda qalıb hazır kadr kimi işləyə, məsələn, Ağdamın sakini ola bilərlər. 100 minlik şəhər olacaq Ağdam, hamıya orada yer və iş tapılar. Amma onlar, həm də bu şəhəri tikmiş insanlar olarlar və evlə təmin olunmaqda dövlət güzəşlər də tanıyar onlara...

TƏQVİM / ARXİV