«FİKİR ELƏMƏ»

VAQİF YUSİFLİ
47593 | 2019-03-20 15:30
























Sən fikir eləmə, gözəldi həyat,
nə qədər mən sağam fikir eləmə…
Bu gün yanındayam, sabah hardasa,
demə mən uzağvm, fikir eləmə…

Xalq şairi Nəriman Həsənzadə öz sevgi şeirlərinin bir qismini «Fiuir eləmə» kitabı ilə *»Mütərcim», 2018) oxucularla yenidən görüşür.

Azərbaycan poeziyasında elə bir şair tapmaq olmaz ki, sevgidən, məhəbbətdən yazmasın, öz könül duyğularını, «ilk və son məhəbbətini» izhar eləməsin. Nəriman Həsənzadə bu mənada nə birincidi, nə də axırıncı. Amma çox az şair tapmaq olar ki, son 50 ildə N.Həsənzadə kimi sevgini bu qədər ehtirasla, hisslərin, duyğuların coşqunluğuyla tərənnüm eləsin.

Mənə üfüq boyda geniş səmanı,
Göydə buludları, yerdə dumanı,
dənizdə dalğanı sən bağışladın,
bu hüsnü-mənanı sən bağışladın.

uzanan yolların dümağ sətrini,
dünyanın ən gözəl çəmən ətrini,
qumlu sahillərdə sən bağışladın,
o zərif əllərdə sən bağışladın.

Azərbaycan poeziyasında Məhəmməd Füzuli bir eşq konsepsiyası yaradıb-lirik şeirlərində öz aşiqlik istedadını bəyan edib, dünyaya, kainata eşqin pəncərəsindən boylanıb, eşqin fəlsəfəsini orta əsərlərin durğun, mühafizəkar, insan sevgisinə qadağa qoyan ideyalarına qarşı çıxıb. Füzuli poeziyasında əsas qəhrəman Aşiqdir. Dünyanın elə bir sevgi şairini göstərin ki, bu Aşiq qədər əzabı xoşbəxtlik saysın («Əskin olmaz qəmimiz bunca ki, bizdən qəm alıb, Hər gələn qəmli gedər, şad gəlib yanimizə»), sevgi yolunda ölümü səadət hesab eləsin («İldə bir qurban kəsərlər xəlqi-aləm iyd üçün, Dəmbədəm, saatbəsaat mən sənin qurbaninəm»). Nəriman Həsənzadənin sevgi şeirlərində də sevən Aşiqin məcnunvari, füzülivari dəyanəti, dözümü, bir eşqin yolunda çəkdiyi əzablar (ancaq bunlara əzab demək olarmı?) öz əksini tapır.



Nəriman Həsənzadənin sevgi şeirləri Zamana, Dünyaya söylənilən lirik monoloqlardı, bu məqamda Füzulinin qəhrəmanı birləşir. Amma fərq burasındadır ki, Nəriman Həsənzadə sevgiyə daha real, konkret yanaşır, bu sevginin şiddətindən səmada ulduzlar çaxnaşıb-eləmir, fələklər yanmır ahdan. Dövrün Məcnunu-aşiq Qəriman Həsənzadə klassik Məcnundan xeyli müasirdir. Klassik Məcnunun platonik eşqi müasir Aşiqdə sırf real, həyati detallarla əvəz olunur. Amma təbii ki, eşqin mahiyyəti, özəl xüsusiyyəti dəyişmir-saf eşq, duyğulu eşq, insanı mənən zənginləşdirən eşq…

Səhər gələcəkdi dünyaya yenə,
qızıl şölələrlə öpüşəcəyəm.
Səhərki günəşlə, səhərki sənlə,
Səhərki dünyamla görüşəcəyəm.
Yenə ordan-burdan danışacayıq,

əvvəldən-axırdan danışacayıq.
Danış deyəcəksən, mən susacağam,
danış deyəcəyəm, sən susacaqsan.
Sənin əllərindən mən tutacağam
mənim əllərimdən sən tutacaqsan.

İki sevən insanın son dərəcə real, təbii münasibətləri bu səmimi, hər cüp patetikadan uzaq olan misralarda əks olunub və deyim ki, Nəriman Həsənzadənqin təkcə sevgi şeirləri deyil, bütün yaradıcılığı bü səmimiyyət üstundə qurulub. Bəxtiyar Vahabzadə əbəs yerə deməyib ki, Nəriman Həsənzadə ürək diliylə danışan şairdir.

Onun nəzərində Yer üzünün ən gözəl məxluqatı Sevgili-Qadındır. Və bu şeirlərdə qadının zahiri gözəlliyi deyil, daxili-mənəvi aləmi –onun vəfası, dəyanəti, hisslərləg duyğularla zəngin dünyası göz önündədir. O, qadıfnı Vətən qədər müqəddəs sanır:

Sənin nəfəsiyin hərarətində
elə bil günəşin od nəfəsi var.
Həya var, ismət var hərəkətində,-
qədim bir millətinənənəsi var.

Qoy yeri gəlmişkən deyim bu sözü,
nə var yer üzündə anadan əziz?
Sənin yasdığına baş qoymaq özü
cəmiyyət önündə borcdu, şübhəsiz.

Qadın kimdir? Bu suala Nəriman Həsənzadə bir çox şeirlərində birmənalı şəkildə cavab verir: Qadın üz döndərsə sönər məhəbbət, nəğmələr yayılmaz obaya, elə. Qadın xoşbəxt edər istəsə əlbət, dünyada ən bədbəxt kişini belə. Qadınsız çətindi həyatı sevmək, sevgisiz həyat da bir həyat deyil. Evdən, ailədən başlanır Vətən. Qadınsız kişiyə ər deyən iolmaz, Qadınlar kişinin ər ləyaqəti.

Azərbaycan poeziyasında sevgi şeirlərinin əksəriyyəti hicran motivləri üstündə köklənib. Ayrılıq, yardan uzaq düşmək, həmişə həsrətlə «qol-boyun olmaq»-öu motiv hələ də şeirimizdə davam edir və görünür, nə qədər sevgi var, qəm də olacaq, həsrət də, ayrılıq da. Nəriman Həsənzadə də bu ayrılıqdan bezar deyil, amma ənənəvi motivə yeni çalarla aşılamaq lazımdı. Özü də gözəl təşbihlərlə, metaforalarla. Sevginin həyəxanlı, intizarlı anlarını bəyan eləsin. Ayrılığın, həsrətin poeziyasını yaratmaba…

Gedirsən, darıxıram,
get, qayıt külək kimi.
Çiçəyim, bitmə gedib
çəməndə çiçək kimi.

Kölgəni yerdə görüb
göydə uçan durnalar,-
Səni də durna bilib,
qatarına çağırar.

Gecələr ulduz olub,
göylərdə sayrışarsan.
Gündüzlər kəklik olub
quşlara qarışarsan.

Su pərisi olarsan,
görüb ayna suları;
Bənövşəyə oxşadar
səni tikan kolları.

Gedirsən, darıxıram,
Get qayıt, ancaq qayıt.
Quşların qanadında
quşlardan qabaq qayıt!

Bu şeiri son misrasına qədər ona görə misal gətirdim ki, Nəriman Həsənzadənin əksər şeirləri hisslərin, duyğuların bir süjet daxilində, bir lirik əhvalat çevrəsində təqdimi ilə diqqəti cəlb edir. Onun əksər şeirloəri məhz hisslərin draması kimi yaddaşlara həkk olur.
Çox zaman bir şairdən söz açanda, yeri gəldi-gəlmədi ona «filosof şair» epiteti də bağışlayırlar. Zənnimcə, Nəriman Həsənzadənin belə bir epitetə ehtiyacı ylxdur. Fəlsəfi ahənc onun şeirlərinin onsuz da bir xüsusiyyətidir. Məsələn, bu dünyanın bir nərdivana bənzərliyi varmı? Varmış:

Bu dünya nərdivandı,-
qalxanda mehribandı,
enəndə nə yamandı…
Görüşdük pillələrdə,
yolun yarısında biz.
Sən qalxırdın bu dəmdə,
Mən enirdim xəbərsiz.
Birimiz günçıxana,
Birimiz günbatana.

Nəriman Həsənzadənin sevgi şeirləri oxucuya eşqin, məhəbbətin ülviliyini, əbədiliyini nişan verir. İnsan sevirsə, deməli, o, yaşamağa, yaratmağa qadirdir, çünki sevgi onu təmiz saxlayır, mənən zənginləşdirir. Nədir məhəbbət?

Məhəbbət-
Nə deyim bu ülvi ada,
Hamıya bir gözlə baxmayır o da.
bbirisinə göz yaşı verir.

Nəriman Həsənzadə bu göz yaşları arxasında qəmin yox, sevincin izinə düşür. Sevginin nabıllarını söyləyir. Amma bu nağılların sonunda göydən üç alma düşmür, çünki onun sevgi nağılları bitmir.
Onun şeirləri qoşmalıdı, hecalıdı-bəstəkarlar da, aşıqlar da bu şeirləri istəklərincə dindirirlər. Amma Nəriman müəllimin qoşmaları «qəlib» deyil, müasir qoşma texnikasının ən kamil nümunələridir. Mən belə qoşmaların gözəlliyini mərhum şairimiz Məstan Günərdə də görmüşəm.

Uçdun, getdin, durnalara qoşuldun,
qaldım yerdə əl eləyə-eləyə.
Məni qoydun tikanlığın içində,
tikanları gül eləyə-eləyə.

Qayıtmadın, gedən getdi qayıtdı,
yatan qalxdı, yatanları ayıltdı.
Sənə qurban, sənə yolmu qahatdı?-
keç üstümdən yol eləyə-eləyə.

Öz-özümdən bir az umu-küsüyəm,
barmağımdan düşüb itən üzüyəm.
Qoca palıd kötüyünün közüyəm,
söndür məni kül eləyə-eləyə.

Nəhayət,»Fikir eləmə» sevgi kitabına görə ürəyi də , ruhu da cavan qalan Nəriman müəllimə onu sevən bütün oxucuların adından təşəkkür edirəm. Bu şeirlər də şairin özü kimi qocalmır, çünki əsl sevginin qocalmaq qorxusu yoxdur…


TƏQVİM / ARXİV