KEÇMİŞLƏ GƏLƏCƏK ARASINDA İNTİHAR - İlqar Rəsul yazır

İLQAR RƏSUL
5013 | 2023-01-29 12:35

İranın keçmişdə qalmaqçün əmmaməsi var, gələcəyə getməkçünsə sehrli xalatı yoxdu.

Bir həftə ərzində çox oldu qoca İran üçün. Məsçidinə erməni, qorumalı olduğu səfirliyə terrorçu, hərbi zavoduna dron girdi.

Rejimin əmmaməsi indi yalnız bir iş üçün faydalıdı.

"Sehrli xalat" filmi yadınızdadı? "Xan" yüksəklikdən düşmək və qaçıb aradan çıxmaq üçün papağını (əmmaməsini) açıb aşağı sallayır, ondan kəndir kimi faydalanır.

İranda isə kəndir daha çox edam predmeti kimi asossasiya olunduğundan, hələ ki, rejim "açaram boğazıma dolayarlar" qorxusu ilə tərəddüd edir. Amma nəsə bir addım mütləq atılmalıdır. Bu gündə qalmaq deyə bir şey yoxdu tarixdə. Ya çöküb keçmiş olmalı, ya da dəyişib gələcəyə getməlisən...

 

TƏQVİM / ARXİV