Musson yağışları 125 nəfərin həyatına son qoyub

192 | 2025-07-21 15:38

Hindistanın Himaçal-Pradeş əyalətində leysan yağışları sel, torpaq sürüşməsi və yol qəzalarına səbəb olub. 

Adalet.az xəbər verir ki, Hindistanda Fəlakətlərin İdarə Edilməsi üzrə Dövlət Mərkəzi (SDMA) Himaçal-Pradeşdə mussonla əlaqəli daşqınlar, torpaq sürüşmələri və qəfil leysan yağışları nəticəsində ölənlərin sayının 125-ə çatdığını açıqlayıb.

Bəyanatda həmçinin qeyd olunub ki, yağışlar infrastruktura ziyan vurub, 468 magistral yolu bağlayıb və su şəbəkələrini sıradan çıxarıb.

TƏQVİM / ARXİV