15 Aprel 2025 16:28
138
SİYASƏT

Akar: Ermənistanın ağlını başına toplaması lazımdır

“Ermənistanın ağlını başına toplaması lazımdır. İlk iş budur”.

Adalet.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli müdafiə komitəsinin sədri, sabiq müdafiə naziri Hulusi Akar Milli Məclisdə keçirilən TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin ikinci iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

    O bildirib ki, “Tək Vətən” hərəkatı ilə Qarabağda Zəfər qazanıldı və azadlığına qovuşdu: “Şuşada üçrəngli Azərbaycan bayrağı dalğalanır. Ermənistan ən qısa zamanda reallığı həzm edib bu gerçəkləri qəbul etməlidir. Azərbaycanın uzatdığı barış əlini Ermənistan ən qısa zamanda qəbul etməlidir. Tez zamanda sülh sazişi imzalanmalıdır. Tezliklə bölgəyə sülh gəlməlidir. Məqsədimiz budur. Ermənistan tərəfindən Azərbaycan sərhədlərində atəşkəsin pozulması halları boş səylərdir. Bununla bir yerə çatmaq olmaz”.