“Atasız qızların qeyrətinə söz demək sənin başın üçün deyil”

Xəbər verdiyimiz kimi, “Kanal S”in aparıcısı Nigar Fərhad açıqlaması ilə gündəm olub.
Adalet.az bu barədə axşam.az-a istinadən xəbər verir.
Onun efirdə dediyi “Mən oğluma atası olmayan qızı ala bilmərəm” fikri birmənalı qarşılanmayıb. N.Fərhadın fikri sosial şəbəkələrdə sərt tənqid edilib. Bir çox məşhur paylaşım edərək Nigara sərt reaksiya verib.
Aktrisa Zümrüd Qasımova Nigarın sözlərini paylaşaraq “Bu nə danışıqdır? Bu nə düşüncədir? Bu xanım nə danışır görəsən? Vay” sözlərini yazıb.
Hazırda ABŞ-də yaşayan aparıcı Günel Hümbətova “Hər yoldan keçəni efirə çıxardanda axırı belə olur! Atasız qızların qeyrətinə söz demək sənin kimi intellektsiz hüceyrələrin başı üçün deyil ha!! Kanalizasiya olub efir! Bu dərəcədə də yox” sözləri ilə əsəbini ifadə edib.
“Avroviziya 2011” qalibi Eldar Qasımov paylaşımında “Qızlar var, atasız böyüyürlər – savadlı, əxlaqlı, tərbiyəli. Qızlar da var, atalı böyüyürlər, amma ağızlarının danışığını bilmirlər. Öz heç 3, 5 qəpiklik olmayan fikirlərini sırtıqcasına hamıya yeritmək istəyirlər.
Problem tək o adamda deyil, məsələ daha dərindir (yüksəkdir). Görəsən, nə baş verməlidir? Daha neçə insan bədbəxt olmalıdır ki, nəsə dəyişsin? İyrəndim. Yenə də” sözlərini yazıb.
Müğənni Mehin Hümbətova “Bu gün yenə başqasının yerinə utandıq. Ağız danışmaq, beyin isə düşünmək üçündür. Doğru istifadə olunmayanda, bugünkü mənzərə ortaya çıxır.
Audiovizual Şura müğənnilərin yubkasının uzunluğunu ölçmək əvəzinə, ağzına gələni danışan, lakin sponsoru olduğu üçün TV-yə buraxılan aparıcıları efirlərdən təmizləsə, daha yerinə düşər” deyə, reaksiya verib.
Aktrisa Şəhanə Yusifova isə “Belə verilişlər niyə var” deyərək, proqrama etiraz edib.
Digər Xəbərlər

Boykotçuları dəstəklədiyi üçün “Teşkilat”dan uzaqlaşdırıldı

“Kanal S" Nigar Fərhadla bağlı QƏRAR VERDİ

Tarix Əliyev: “Sən xalqa xox gəlirsən?”

Kəsəmənlilər ailəsində qalmaqal bitmir: “Etdiyin səhvlər, dediyin yalanlar sübut olar”

"Atası olmayan qızı almaram" deyən aparıcının verilişi bağlandı

Pərvin Abıyeva “Tiktok”a bu səbəbdən girmir: “Çox iyrənc şeylər gördüm”

“Əgər kişi sənə pul verirsə, qoy, hara istəsə getsin”
