01 Aprel 2025 09:33
210
DÜNYA

Avropa Rusiyaya qarşı təyziqləri gücləndirir...

Rusiya- Böyük Britaniya, Polşa, Almaniya, Fransa, İtaliya və İspaniya kimi,  Avropanın aparıcı dövlətlərinin yeni sanksiyaları ilə üzləşə bilər.

 Bu barədə  Avropa İttifaqı diplomatiyasının rəhbəri Kai Kallas, adı çəkilən ölkələrin xarici işlər nazirlərinin Madriddə keçirilən birgə iclası zamanı bəyan edib.

 Bu tədbirlərlə Qərbi Avropa,  Rusiya Federasiyasını ciddi şəkildə Ukrayna ilə sülh danışıqlarına məcbur etmək niyyətindədir.

 "Biz həmçinin, sanksiyalarla yanaşı, mümkün olan bütün vasitələrdın istifadə etməklə Rusiyaya təyziq etməyə hazırıq"-deyə yığıncağın birgə bəyınatında bildirilir.

 Avropalı nümayəndələr, Rusiyanın ölkə xaricində yerləşdirilən aktivlərini, münaqişə sona yetənədək dondurulmuş vəziyyətdə saxlamaq istəklərini bəyan ediblər.

 Bununla yanaşı, Avropanın aparıcı dövlətləri Ukraynaya dəstək verməyi davam etdirəcəklərini də bildiriblər.

 Avropa komissiyasının rəhbəri Ursula fon der Lyayen daha əvvəl qeyd etmişdir ki, Rusiyaya qarşı görülən tədbirlər, dayanıqlı sülh əldə edilənə qədər davam etdiriləcək.

 Hazırki durum göstərir ki, yaxın aylarda, bəlkə də illərdə, dayanıqlı sülhün əldə edilməsi mümkünsüz görsənir. ABŞ prezidenti Donald Trampda artıq başa düşür ki, bu gedişlə onun üçün tərəfləri danışıq masasına əyləşdirmək çətun olacaq...

 Rüstəm Hacıyev