Boykotçuları dəstəklədiyi üçün “Teşkilat”dan uzaqlaşdırıldı

Türkiyəli aktrisa Aybüke Pusat TRT-də yayımlanan “Teşkilat” serialının heyətindən çıxarılıb.
Adalet.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
Məlumata görə, aktrisanın serialdan uzaqlaşdırılmasına səbəb onun boykot çağırışları ilə bağlı paylaşım etməsidir.
"Bir siyasi qrupun öz siyasi məqsədləri üçün irəli sürdüyü boykot çağırışında vəsilə olmaq TRT-nin prinsiplərinə, ictimai yayım anlayışına və peşəkarlığına açıq şəkildə ziddir. Bu kontekstdə TRT 1-də yayımlanan “Teşkilat” serialında rol alan aktrisanın paylaşımları TRT-nin institusional prinsipləri ilə tamamilə uyğun gəlmir. Sözügedən şəxs “Teşkilat” serialının izləyicilərini məyus edən paylaşımlara görə serialdan uzaqlaşdırılıb", - açıqlamada bildirilir.
Xatırladaq ki, aktrisa “Teşkilat” serialında “Neslihan” obrazını canlandırırdı.
Digər Xəbərlər

"Qadın kimi xoşbəxt ola bilmədim" - Məleykə Əsədova

Xalq və bəstəkar mahnıları səsləndirilir

Rəfiqə Qafarova: “O kəpənək babamın ruhun təmsil edirdi”

İlqarə Kazımova: “Özlərini anama bənzədirlər”

Kamilə Nəbiyeva: “Sənətimi ailəmə qurban verməzdim”

Aktrisa: “Mən sənətə gələndə Çimnaz hansı sənətə qulluq edirdi”?

Aynişan: Səni mütləq tapacağıq, məsələ pul deyil!
