Azərbacan-Türkiyə-Gürcüstan üçtərəfli parlament formatı yaradılacaq

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə görüşüb.
Adalet.az xəbər verir ki, bu barədə Gürcüstan parlamenti məlumat yayıb. Bildirilib ki, görüş Özbəkistanın paytaxtı Daşkənddə davam edən Parlamentlərarası İttifaqın 150-ci Assambleyası çərçivəsində baş tutub.
Tərəflər yaxın vaxtlarda parlament sədrləri səviyyəsində Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlıq formatının yaradılması ilə bağlı razılığa gəliblər.
Numan Kurtulmuşi Şalva Papuaşvilini Türkiyəyə dəvət edib.
Tərəflər Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər.
Digər Xəbərlər

"İstərdik ki, bu təşkilat daha güclü olsun və nəticələrə köklənsin" - İlham Əliyev

Bakıda İlham Əliyevin iştirakı ilə beynəlxalq forum keçirilib - VİDEO - YENİLƏNİB

"COP zamanı Qlobal Cənub ilə Qlobal Şimal arasında ünsiyyətin qurulmasına nail olduq"

"Afrikada yaşayan dostlarımıza dəstək veririk" - Prezident

"Bu, təhsil proqramlarımızın yenilənməsində xüsusi rol oynaya bilər" - Deputat

"Hazırda ABŞ-la çox güclü münasibətlər bölgəmiz üçün vacibdir"

"Bundan sonra onlara kim inanardı?" - İlham Əliyev
