14 May 2025 12:22
100
SİYASƏT

"Azərbaycan çoxtərəfli münasibətlər sistemində fəallığını qorumağa çalışan dövlətdir" - Nazir müavini

"Azərbaycan çoxtərəfli münasibətlər sistemində həmişə öz fəallığını qorumağa çalışan dövlətdir".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.

"Növbəti il Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi edəcək. Həmin vaxtdan etibarən 2 illik müddətdə Azərbaycan bu qurumun sədrlik funksiyalarını yerinə yetirəcək. Bu il İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü Azərbaycanda keçirilməlidir. Növbəti il üçün çox vacib digər tədbirlər var", - deyə nazir müavini bildirib.