14 May 2025 15:30
101
SİYASƏT

Səfir: Türkiyə-Azərbaycan əməkdaşlığı üçün davamlı şəkildə çalışırıq

Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıq tək siyasi və iqtisadi sahəni təşkil etmir.

Adalet.az xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin “Gənclik kampusu”nda yaradılmış “Bilim Maarif” atelyesinin açılışında deyib.

Səfirin sözlərinə görə, iki ölkə arasındakı bağlar hərtərəflidir:

“Biz də əməkdaşlığın inkişafı və iş birliklərinin artırılması üçün davamlı şəkildə çalışırıq. Bu mənada, digər qurumlara hər zaman dəstək verməyə hazır olduğumuzu da ifadə etmək istəyirəm”.

Birol Akgün Azərbaycan və Türkiyə arasındakı bu cür əməkdaşlıq və layihələrin uşaqların gələcəyi üçün önəmli olduğunu da diqqətə çatdırıb.