02 Avqust 2025 17:57
399
İQTİSADİYYAT

Azərbaycan və Suriya potensial layihələri müzakirə etdi

Azərbaycan və Suriya arasında potensial layihələr müzakirə edilib.

Adalet.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində yazıb.

"Türkiyəyə işgüzar səfərimiz çərçivəsində Suriyanın energetika naziri Məhəmməd Əl-Bəşir ilə görüşümüzdə Azərbaycandan Suriyaya təbii qaz nəqlinin regional əhəmiyyətini qeyd etdik. İkitərəfli iqtisadi əməkdaşlığın gündəliyində olan məsələləri, enerji əməkdaşlığının inkişafını və potensial layihələri nəzərdən keçirdik", - nazir paylaşımında qeyd edib.