02 Avqust 2025 15:30
175
İQTİSADİYYAT

"Azərbaycan və Türkiyə ilə əməkdaşlıq böyük xoşbəxtlikdir" - Suriyalı nazir

Dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edilməsi bizim üçün böyük xoşbəxtlikdir.

Adalet.az xəbər verir ki, bunu Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir deyib.

Söz verildiyi kimi bu layihənin ən qısa vaxtda həyata keçirildiyini xüsusi olaraq vurğulayan nazir bildirib ki, yalnız Suriyaya dost və qardaş ölkələr onun xalqının rifahını, firavanlığını düşünə bilər.