Azərbaycanda Novruz bayramı qeyd edilir

Azərbaycanda Novruz bayramı qeyd edilir.
Adalet.az xəbər verir ki, Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası “Yeni gün”dür.
Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir.
Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər.
Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa Şərq xalqları ilə yanaşı, Azərbaycan türkləri də baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.
2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.
Bu il Yaz fəsli Azərbaycana martın 20-si saat 13:01:25-də daxil olacaq.
Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30 və 31 mart tarixləri qeyri-iş günü olacaq.
Digər Xəbərlər

ATİAHİ Respublika Komitəsindən növbəti bayram düşərgəsi

İki böyük sənətkar - Aşıq Ədalətlə Rəmiş! - VİDEO

"Novruz türklərin bayramıdır, farsların deyil" - Ekspertdən AÇIQLAMA

Gəlin, muğamı Vaqif Mustafazadədən dinləyək! - VİDEO

Baba Mahmudoğlu: Ceyran bala - VİDEO

Rəmişi sevməyənlər üçün - Alın bu da sizə Rəmiş! (VİDEO)

ABŞ səfirinin Ermənistandakı Oğuz və Alban abidələri ilə nə əlaqəsi? - 74 min dollar?
