“AzerGold” QSC-də növbəti qanvermə aksiyası keçirilib - FOTO

“AzerGold” QSC-də irsi və qazanılmış qan xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə növbəti qanvermə aksiyası təşkil edilib.
Nəcib aksiyada “AzerGold” QSC və onun törəmə şirkəti – “Daşkəsən Dəmir Filiz” MMC-nin əməkdaşları könüllü olaraq iştirak edərək, qan veriblər.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən əvvəlcə hər bir donorun sağlamlığı müvafiq tibbi müayinə ilə yoxlanılıb, daha sonra onlardan qan götürülüb.
Toplanan qan ehtiyatı laboratoriya şəraitində yoxlanılaraq, talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsində istifadə olunacaq.
Digər Xəbərlər

Mehriban Əliyeva Perinatal Mərkəzdə oldu - FOTOLAR

Döymə dəri xərçənginə səbəb ola bilər
jpg-1741080993.jpg)
Möyle bəy, QRAND adını dəyişib EGE edən hospitalı tanımırdınız?

Qastroenteroloq: Oruc tutmaq orqanizm üçün çox faydalıdır

Qaraciyər xəstəliyinin dörd gizli əlaməti

"Enerji içkilərindən istifadə edənlərin uşaqları olmur" - Deputat

Ramazanda yanlış qidalanma sağlamlıq problemlərinə səbəb ola bilər
