Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Gürcüstan və Azərbaycan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası təxirə salınıb.
Adalet.az xəbər verir ki, bu barədə məlumatı “Gürcüstan Dəmir Yolları” yayıb.
“Bakı və Tbilisi arasında dəmir yolu ilə sərnişin daşınmasının bərpa edilməsinə dair işlər davam etdirilir, lakin reyslərin bərpa edilməsinin dəqiq tarixi daha sonra açıqlanacaq”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, Azərbaycan və Gürcüstan arasında qatarların hərəkəti 2020-ci ilin martında koronavirus pandemiyası səbəbindən dayandırılıb. Bir müddət əvvəl isə Gürcüstanın İqtisadiyyat Nazirliyi Bakı və Tbilisi arasında qatarların hərəkətinin mayın 1-dən bərpa ediləcəyini açıqlamışdı.
Digər Xəbərlər

Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən son görüntülər - VİDEO

Xəbəriniz olmadan adınıza necə kredit götürürlər? - VİDEO

Azərbaycanda yanacaqdoldurma fəaliyyəti ilə bağlı yeni rüsum müəyyənləşir

Bakıda ikinci "Dayanıqlı Tikinti Zirvəsi" keçirilib

Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsü bu tarixdə istifadəyə veriləcək

“AzerGold” QSC Pakistanda ölkələrarası işgüzar görüş və beynəlxalq forumda iştirak edib - FOTO

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
