07 Aprel 2025 15:51
273
KRİMİNAL

Bakıda quldurluq edən 3 nəfər tutuldu

Nəsimi rayonu ərazisində quldurluq hadisəsi qeydə alınıb. Naməlum şəxslər 41 yaşlı paytaxt sakininə fiziki zor tətbiq edərək ondan pul tələb ediblər. 

Adalet.az xəbər verir ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar – 28 yaşlı H.Tairov və 23 yaşlı K.Dəvrişov saxlanılıblar.

Araşdırmalarla həmin şəxslərin 42 yaşlı digər bir vətəndaşa da fiziki zor tətbiq edərək mobil telefonunu və bank kartını taladıqları məlum olub.

Araşdırmalar aparılır.