Bakıda 53 evin qaz sayğacını oğurladılar

Paytaxtda 53 evin qaz sayğacını oğurlayan şəxslər saxlanılıb.
Adalet.az DİN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Xəzər və digər rayonlarında silsilə oğurluq hadisəsi qeydə alınıb. Paytaxt sakinləri olan 53 nəfər zərərçəkən mənzillərindən qaz sayğaclarının talanması barədə polisə müraciət ediblər.
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən Abbas Əliyev və Bayram Hüseynov saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, həmin şəxslər müxtəlif vaxtlarda adətən gecə saatlarında çıxarışı olan evlərdən qaz sayğaclarını oğurlayaraq çıxarışı olmayan mənzillərin sahiblərinə satıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
A.Əliyev və B.Hüseynovun digər analoji cinayətlərdə iştirakının olub-olmaması istiqamətində araşdırmalar aparılır.
Digər Xəbərlər

Gömrük idarəsində əməliyyat - Dərman qaçaqmalçılarını himayə edənlər həbs olundu

Polis 10,5 kq narkotik aşkarlayıb

Cinayətdə şübhəli bilinən 33 nəfər saxlanıldı

Bakıda quldurluq edən 3 nəfər tutuldu

"Xarici səfərlərə Ermənistan vətəndaşı kimi gedirdim" - David Babayan

David Babayan: Biz erməni sakinlərinin Azərbaycana inteqrasiyasının əleyhinə idik

İrandan Azərbaycana narkotik keçirmək istədilər
