Qarabağ Universitetində Kənd təsərrüfatı fakültəsi açılacaq - Rektor

2026-cı ildə Qarabağ Universitetində Kənd təsərrüfatı fakültəsi açmağı planlaşdırırıq.
Adalet.az APA-ya istinadən xəbər verir ki, bunu Xankəndi şəhərindəki Qarabağ Universitetində keçirilən 7-ci ADA Siyasi Forumundakı çıxışı zamanı Qarabağ Universitetinin rektoru Şahin Bayramov deyib.
O, eyni zamanda, həmin il üçün rəhbərlik etdiyi ali təhsil ocağının digər planlarından bəhs edib:
“2026-cı ildə həmçinin universitetin digər filiallarında İncəsənət və Turizm fakültələri də açılacaq. Bu o deməkdir ki, 2026-cı ildə ölkənin üç ayrı bölgəsində fakültələrimiz fəaliyyət göstərəcək. Bu da Qarabağ Universitetinin qlobal mobilliyin əsas aparıcı qüvvələrindən birinə çevrilməsində önəmli faktor olacaq”.
Digər Xəbərlər

Məktəb və bağçalarda təlim-tədris davam edəcək - RƏSMİ

36 məktəb direktoru işdən azad edilib

Övladını özəl bağçaya qoymaq istəyən valideynlərin nəzərinə!

Hulusi Akarın Qarabağ Universitetinin tələbəsi ilə səmimi söhbəti - VİDEO

Birinci sinfə qəbul prosesində YENİLİK

Baş prokurorun müavini və Qarabağ Universitetinin rektoru mühüm tərəfdaşlıq sənədi imzaladı - FOTOLAR

Qarabağ Universitetində 10 fakültə fəaliyyət göstərəcək - Nazir açıqladı
