Türkiyədə yumurtanın qiyməti kəskin artdı

Türkiyədə yumurtanın qiymətində kəskin artım müşahidə edilir.
Adalet.az xəbər verir ki, bu barədə ölkənin “Ekonomim” qəzeti yazıb.
Bildirilib ki, 2024-cü ilin dekabrından bu yana 30 ədədlik yumurta qablaşdırmasının qiyməti 120 lirədən (5 AZN) 250 lirəyə (təqribən 12 AZN) qalxıb.
Bununla belə, qeyd olunub ki, bəzi yerlərdə 170-180 lirəyə yumurta almaq mümkün olsa da, ayrı-ayrı mağazalarda qiymətlərin 310 lirəyə (təqribən 14 AZN) qədər qalxdığını görmək olar: “Orqanik olaraq markalanmış yumurtaların qiyməti isə 400 lirəni (18 AZN) ötür”.
Qəzet yazır ki, ölkədə yumurtanın bahalaşmasına əsas səbəb başda ABŞ olmaqla, digər ölkələrlə sərfəli ixrac müqavilələridir. 2024-cü ildə ABŞ bazarına Türkiyədən 74,4 milyon yumurta daxil olub. 2025-ci ilin iyuluna qədər daha 280 milyon yumurtanın göndəriləcəyi gözlənilir.
Digər Xəbərlər

Pezeşkian özünə yeni müavin təyin etdi

Suriyada dövlət çevrilişinin qarşısı alınıb

"Ermənistanda Qarabağ hərəkatı davam etməyəcək" - Paşinyan

Əfqanıstanda 5,6 bal gücündə zəlzələ oldu

ABŞ Ermənistanda xarici yardım layihələrini dayandırır

"İlham Əliyev regionun lideri və yeni prinsipin yaradıcısıdır" - Saakaşvili

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək
